Modern.az

BMT-nin Əhali Fondu jurnalistlər üçün təlim təşkil edəcək

BMT-nin Əhali Fondu jurnalistlər üçün təlim təşkil edəcək

Təhsil

27 Aprel 2016, 17:05


BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi “MediaLink” şirkəti ilə birlikdə jurnalistlər üçün “Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulması probleminin mediada işıqlandırılması” mövzusunda təlim təşkil edəcək. 

10-11 may tarixlərində keçiriləcək təlim insan haqları, gender problemləri, gender əsaslı zorakılıq və s. bu kimi mövzularda yazan jurnalistləri cinslərin doğum nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlandırmaq və medianın diqqətini son illər Azərbaycanda aktual olan bu mövzuya cəlb etməkdir. 

Təlimin ardınca iştirakçı jurnalistlər arasında “ən yaxşı məqalə” müsabiqəsi təşkil olunacaq və müsabiqənin qalibləri mükafatlandırılacaq. 

İştirak etmək istəyən mətbuat nümayəndələrindən may ayının 2-i, saat 18.00-a kimi özü haqqında məlumatı da əks etdirən qısa maraq məktubunu [email protected] ünvanına göndərmələri xahiş olunur. Seçilmiş iştirakçılar mayın 4-dən gec olmayaraq məlumatlandırılacaq. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?