Modern.az

"Qarabağ"dan növbəti qələbə

"Qarabağ"dan növbəti qələbə

Təhsil

27 Aprel 2016, 21:50

 

Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Modern.az saytı xəbər verir ki, "İnter" doğma meydanda "Qarabağ"la qarşılaşıb. İlk qol Ağdam təmsilçisindən gəlib - 19-cu dəqiqədə Migel Madera fərqlənib. 

İkinci hissəyə də "Qarabağ" fəal başlayıb - 60-cı dəqiqədə Madera dubl edib. 7 dəqiqə sonra Dani fərqi daha da artırıb. 84-cü dəqiqədə isə Reynaldo son nöqtəni qoyub - 0:4.

"Neftçi" isə "Qəbələ"ni qəbul edib. Hesabı qonaqlar açıblar (Aleksey Qay, 5`). 71-ci dəqiqədə Rəhman Hacıyev tarazlığı bərpa edib.

84-cü dəqiqədə Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydanı tərk edib. Matç 1:1 hesabı ilə başa çatıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?