Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
ARDNF-dən Modern.az saytına verilən məlumata görə, bu vəsaitdən 32,4 milyon ABŞ dolları 14 banka və 10 milyon ABŞ dolları isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Gülşən RAUFQIZI