Modern.az

Ermənilərin yaraladığı daha bir mülki azərbaycanlı öldü

Ermənilərin yaraladığı daha bir mülki azərbaycanlı öldü

Təhsil

28 Aprel 2016, 14:33


Ötən gecə ermənilərin açdıqları atəş nəticəsində yaralanan mülkü şəxslərdən daha biri vəfat edib. Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Ağdamın Çəmənli kənd sakini, 67 yaşlı Hüseynov Əli Müseyib oğlu günorta saatlarında vəfat edib. Beləliklə, iki nəfər mülkü şəxs həyatını itirib

Qeyd edək ki, evlərə düşən mərmi nəticəsində yaralanan şəxslərdən 4-ü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasında müalicə olunurdu. Onlardan biri əməliyyat olunduqdan sonra reanimasiyaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Xatırladaq ki, ötən gecəki atışmada bir mülki şəxs həlak olmuşdu...

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?