Modern.az

Türkiyə Səfirliyinin müşaviri Bakıdan geri çağırıldı

Türkiyə Səfirliyinin müşaviri Bakıdan geri çağırıldı

28 Aprel 2016, 15:09

Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta geri çağrılıb. Modern.az xəbər verir ki, müşavir dünən gecə ölkəni tərk edib.

Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat xidmətindən Modern.az-a verilən  açıqlamanda bildirilib ki, Murad Karaçantanın geri çağrılmasının ciddi səbəbi yoxdur.

“O Səfirliyinin mədəniyyət və tanıtma üzrə 3 aylıq müvəqqəti müşaviri təyin edilmişdi. Onun vaxtını 3 ay da artırdılar. Sonra isə geri çağrıldı və dünən getdi. Onun yerinə isə hələ yeni müşavir təyin edilməyib”, - deyə mətbuat xidmətinin əməkdaşı vurğulayıb.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?