Modern.az

Azərbaycan müdafiə nazirinin müavini Seyran Ohanyana cavab verdi

Azərbaycan müdafiə nazirinin müavini Seyran Ohanyana cavab verdi

Təhsil

28 Aprel 2016, 15:29

"Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Moskvada, təhlükəsizlik məsələlərinə həsr edilmiş 5-ci beynəlxalq konfransda çıxışı bu beynəlxalq tədbirin iştirakçılarının diqqətini münaqişə zonasında baş verən hadisələrə cəlb etmək məqsədilə erməni tərəfin əvvəlcədən hazırlanmış provokasiyasıdır".

Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bu fikri AZƏRTAC-ın müxbirinə eksklüziv müsahibəsində söyləyib.

Bir tərəfdən, erməni nazir “sülhməramlı” qiyafəsində çıxış edir, digər tərəfdən - Ermənistan silahlı qüvvələri dalbadal üç gecədir ki, Azərbaycanın cəbhəyanı zonada yaşayan dinc əhalisini atəşə tutur.

Kərim Vəliyev qeyd edib ki, dinc sakinlərə və onların evlərinə atəş açan erməni tərəfindən fərqli olaraq, Azərbaycan ordusu yalnız düşmənin atəş nöqtələrinə preventiv cavab zərbələri endirir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?