
Ötən gecə Ermənistana Rusiya istehsalı olan müasir T-90C tankı gətirilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, tank ermənilərə 2014-cü ildə Tank biatlonu üzrə keçirilən dünya çempionatında 2-ci yeri tutduqları üçün verilib.
T-90C tankının 2015-ci ilin dekabrında istehsal olunduğu bildirilir.
Ermənistan Müdafiə Nazirliyi tankın ordunun tərkibinə daxil ediləcəyini elan edib. Xatırladaq ki, Azərbaycan ordusunun arsenalında 93 ədəd T-90C tankı var.
Vüqar İsmayılov