Modern.az

Ali məktəblərə sənəd qəbulunun vaxtı uzadıldı

Ali məktəblərə sənəd qəbulunun vaxtı uzadıldı

Təhsil

28 Aprel 2016, 17:40


2016-2017-ci tədris ilində I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun vaxtı sabahadək uzadılıb.

Tələbə Qəbulu üzrıə Dövlət Komissiyasından (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, elektron ərizə qəbulu aprelin 29-u saat 13:00-dək davam edəcək.

Bu gün saat 17:22-dək ali məktəblərə 81293 nəfər ərizə verib.

Onlardan 74161 nəfəri Azərbaycan, 7132 nəfəri isə rus bölməsinin məzunlarıdır. Ərizə verənlərdən 32548-i I, 22792-i II, 20289- i III, 5664-ü isə IV ixtisas qrupu seçib.

Aytən ZƏHRA  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?