Modern.az

Əfqanıstandakı sülhməramlılarımız geri qayıtdı - FOTO

Əfqanıstandakı sülhməramlılarımız geri qayıtdı - FOTO

Təhsil

28 Aprel 2016, 19:18


Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, o cümlədən 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?