Modern.az

Dövlət qulluqçusu tədbir zamanı vəfat edib

 Dövlət qulluqçusu tədbir zamanı vəfat edib

Təhsil

28 Aprel 2016, 20:19


Mədəniyyət və Turizm Nazirliynin Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəfat edib. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, Nəzir Osman oğlu Omarov Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının rəsmi açılış mərasimində iştirak edərkən qəflətən vəziyyəti pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

1955-ci il təvvəllüdlü, 61 yaşlı şöbə müdirinin ürək tutmasından vəfat etdiyi ehtimal olunur.  

Qeyd edək ki, N.Omarov 1993-cü ildən Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışır. Mərhumun iki oğlu, bir qızı var.    

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?