Modern.az

Erməni deputat 100 milyonu götürərək ölkədən qaçdı

Erməni deputat 100 milyonu götürərək ölkədən qaçdı

Təhsil

29 Aprel 2016, 10:42


Ermənistanın siyasi dairələrində böyük maliyyə qalmaqalı yaşanır.

Modern.az Ermənistanın “Aykakan Jamanak” qəzetinə isitnadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyasının üzvü Abram Manukyan 100 milyon dramdan artıq vəsaiti (200 min dollar) oğurlayaraq, ölkədən qaçıb.

“Deputatın parlamentdəki köməkçisi də Manukyanın ölkədən getdiyini təsdiqləyir. Göstərilən məbləğ isə “Çiçəklənən Ermənistan” partiyasının regional təşkilatlanmasına sərf olunmalı idi. Deputat həmin layihələrin koordinatoru idi.  Bir neçə ay əvvəl, partiyada ciddi konfliktlərin olduğu və onun sıralarını bir neçə deputatın tərk etdiyi məlumdur”.

Abram Manukyanın ölkəni tərk etməsi Ermənistanın əsas siyasi hadisəsinə çevrilib.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?