Gənc oğlan gözəl şəkli almaq istəsə də, amma səhv buraxaraq kameranın düyməsi əvəzinə tapançanın tətiyini basıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, insident Hindistanın Ludhiane şəhərində qeydə alınıb. 15 yaşlı Ramandipa Sinqah və onun bacısı tapança ilə selfi çəkiblər. Nəticədə yeniyetmə səhv edərək tapançanın tətiyini çəkib.
Atəş səsini qonşular eşidiblər. Onlar yeniyetmənin valideynlərinə xəbər verərək təcili yardım çağırıblar. Bütün cəhdlərə baxmayaraq, tibb işçiləri onun həyatını xilas edə bilməyiblər.
Polis rəisi Manodja Kumar deyib ki, silah Ramandipanın atasının adına qeydiyyatdan keçib.
Modern.az