Modern.az

Tovuzda məktəbdə YANĞIN: 100 şagird təxliyə olundu - YENİLƏNİB

Tovuzda məktəbdə YANĞIN: 100 şagird təxliyə olundu - YENİLƏNİB

2 May 2016, 18:23


Tovuzda məktəb binası yanır.

Modern.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, saat 16:30-dan başlayaraq Tovuz rayonunun Alakol kəndində şəhid Nürəddin Sadıqov adına tam orta məktəbin binasında yanğın başlayıb.

Alovu söndürmək üçün əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub. Hələlik yanğını ram etmək mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası bu istiqamətdə iş aparır.

***

Tovuzda məktəb binasında baş verən yanğın məhdudlaşdırılıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin aidiyyəti struktur bölmələri yanğının vurduğu ziyanı müəyyənləşdirir.

Məktəb binası birmərtəbəli olmaqla 16 sinif otağından iabrətdir. 200 yerlik təhsil ocağında 301 şagird təhsil aldığından məktəb binası iki növbəli fəaliyyət göstərir.

Hadisə vaxtı məktəbdə 100-ə yaxın şagird olub və onlar yanğınsöndürmə briqadası tərəfindən təxliyə olunub.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə