Modern.az

Ermənilər məşhur Gülüstan kəndi istiqamətindən VİDEO yaydılar

Ermənilər məşhur Gülüstan kəndi istiqamətindən VİDEO yaydılar

Təhsil

4 May 2016, 12:59

Erməni jurnalistləri cəbhənin Goranboy rayonu istiqamətində yerləşən Gülüstan kəndinə yaxın ərazilərdən videoreportaj hazırlayıblar.

Modern.az saytı xəbər verir ki, Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun nəzarəti altına keçən kənd təmas xəttində yerləşir.

Bu səbəbdən də kənddə heç kəs yaşamır. Gülüstan kəndi Goranboy rayonunu inzibati vahidi sayılır.

Kənd 1992-ci ilin yayında Azərbaycan ordusunun əks-hücumu zamanı ermənilərdən azad olunmuşdu. Gülüstan hazırda təmas xəttində neytral zona kimi bilinir.

Qeyd edək ki, kəndin ərazisində 12-ci əsrdə tikilmiş məşhur Gülüstan qalası yerləşir. Qala tam şəkildə dövrümüzə çatmasa da, müəyyən bürcləri qorunub. Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb.

 



Vüqar İsmayılov
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır