Modern.az

Bakıda 84 yaşlı qocanı qətlə yetirənlər saxlanıldı

Bakıda 84 yaşlı qocanı qətlə yetirənlər saxlanıldı

Təhsil

7 May 2016, 14:04


84 yaşlı qocanı qətlə yetirən şxəslər saxlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hadisə mayın 4-də Yasamal rayonu ərazisində qeydə alınıb.

Məlumatda bildirilir ki, Bakı şəhər sakini, 84 yaşlı Məmməd Səmədovun əlləri mələfə ilə arxadan bağlı vəziyyətdə olan meyiti yaşadığı Yasamal rayonu A.Abbasov küçəsindəki mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zabil Məmmədov, İlyas Məmmədov və Yevlax rayon sakini Ceyhunə Qurbanova tutulub.

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə