Bakı şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hadisə mayın 6-da saat 19 radələrində Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, rayonunun Ak.H.Əliyev küçəsində Şamaxı rayon sakini Röyal Xasayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Gülnarə Dəyanovanı vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş G.Dəyanova orada ölüb. Faktla bağlı Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Gülşən RAUFQIZI