Modern.az

Avropa Məhkəməsi ilə Azərbaycan Məhkəməsinin FƏRQİ

Avropa Məhkəməsi ilə Azərbaycan Məhkəməsinin FƏRQİ

Təhsil

7 May 2016, 14:25


“Bu günə qədər yalnız bir dəfə Avropa Məhkəməsi Azərbaycanda aparılan məhkəmə işinə ağlabatan müddətdə baxılmadığını qeyd edib”.

Bu sözləri Modern.az-a açıqlamasında Ali Məhkəmənin hakimi Vəfaddin İbayev deyib. O bildirib ki, Azərbaycanda məhkəmə prosesləri Avropa ölkələri ilə müqayisədə uzun çəkmir.

“Qanunda işə baxılması üçün müəyyən vaxt verilib. Birinci instansiya məhkəməsinə ərizə verildikdə 3 ay müddətində ona baxılmalıdır. 3 aydan sonra qətnamə çıxarılır. Qətnamədən şikayət varsa, bir ay müddətində tərəfin apellyasiya şikayəti vermək hüququ var. Apellyasiya Məhkəməsi 2 ay müddətində işə baxa bilər.

Tərəf bundan da narazı qalır və ya sui-isttifadə etmək istyəirsə, iki ay müddətində kassasiya şikayəti verə bilər. Kassasiya Məhkəməsində işə iki ay müddətində baxılır. Bundan sonra əlavə kassasiya instansiyasına şikayət vermək hüququ var. Qanun şəxsin məhkəmə hüququnu təmin etməklə icazə verir ki, növbəti instansiya məhkəməsinə qərardan şikayət versin. Bu da təbii ki, prosesin uzanmasına gətirib çıxardır.

Bəzən elə olur ki, Ali Məhkəməyə kimi iş 5-6 aya gəlib çıxır . Ali Məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsində işə baxanda hansısa səhvə yol verilib.

O zaman Ali Məhkəmə qərarı ləğv edib, yenidən Apellyasiya Məhkəməsinə göndərir”.  V.İbayev məhz bu cür hallara görə, bəzən proseslərin uzun çəkdiyini vurğulayıb.

“Ümumi götürəndə Avropa səviyyəsi ilə müqayisə etdikdə, görəcəyik ki, Azərbaycanda məhkəmə proseslərinin uzanması elə də çox deyil. Biz 14 ildir ki, Avropa Məhkəməsinin yurisdiksiyasındayıq. Cəmi bir dəfə Avropa Məhkəməsi Azərbaycanda baxılan işin ağlabatan müddətdə olmamasını qeyd edib. Yəni işə baxma müddəti uzun olub.

Səhv etmirəmsə, “Rəhmənova Azərbaycan qarşıdır” adlı iş idi. Rus qadının evinin yanması ilə bağlı proses idi, qonşudan ziyana görə təzminat tələb edirdi. O iş üzrə bir dəfə 2008-ci ildə Avropa Məhkəməsi qərar çıxardıb ki, iş ağlabatan müddətdə baxılmayıb, vaxt çox gedib.

Qalan hallarda Avropa miqyasında İtaliya, Rusiya və başqa ölkələrlə müqayisə edəndə, onlarda işlərin uzanması ilə bağlı Avropa Məhkəməsindən daha çox qərarlar verilib.

Onlarda bəzən 7-8 il ərzində bir işə baxılır. Azərbaycanda praktikada o səviyyədə işə baxılma müddəti yoxdur”.

Aytən ZƏHRA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə