Modern.az

“Novostroykalar”da yeni QAYDALAR

“Novostroykalar”da yeni QAYDALAR

Təhsil

7 May 2016, 15:06

Nazirlər Kabineti “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişiklik edilib.

Ekspert Rəşad Əliyev Modern.az saytının dəyişikliklərlə bağlı yaranan suallarını cavablandırıb.

“Dəyişikliyə əsasən əgər siz ƏDV ödəyicisi olan bina tikintisi ilə məşğul olan şəxsdən yaşayış və qeyri-yaşayış sahəsi alsanız, həmin məbləğin ƏDV-siz hissəsini ayrıca satıcının hesabına, ƏDV məbləğini isə həmin satıcının ƏDV depozit hesabına ödəyəcəksiniz. Məsələn, əgər siz 118 000 (100000 manat + 18%, yəni 18000 manat) manata mənzil almısınızsa onun 100 000 manatını satıcının hesabına, 18 000 manatını isə ƏDV depozit hesabına ödəməlisiniz".

O qeyd edib ki, vergi qanunvericiliyi şəxslərə seçim imkanı verir: “Bina tikintisi ilə məşğul olanlar 2 vergi rejimi seçə bilər. 1-ci rejim sadələşdirilmiş vergi ödəyicisi, 2-ci rejim ƏDV və mənfəət vergisi ödəyicisi kimi çıxış edə bilər. Yəni, kim ki, sadələşdirilmiş vergi rejimi seçir onun üçün heç nə dəyişmir. (çünki, o zatən ƏDV ödəmir). 2-ci vergi rejimini seçən isə ƏDV ödəyicisi olduğu üçün bu qaydalar ona şamil edilir

ƏDV-nin ödənildiyi depozit hesabının rekvizitləri (yəni pulun ödənildiyi hesab) alıcıya təqdim olunan vergi hesab-fakturasında, qəbzdə və ya çekdə göstərilməlidir və əmlak satan şirkət bunu təmin etməlidir.

Hazırkı qaydalar sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan əmlaklara şamil edilmir. Həmin əmlaklar üzrə hesablaşma qaydaları əvvəlki qaydada həyata keçiriləcək”.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə