Modern.az

Putin Bakıya təcili səfər edə bilər

Putin Bakıya təcili səfər edə bilər

Təhsil

7 May 2016, 15:45

 

Bəzən gözlənilməz siyasi qərarları ilə məşhur olan Rusiya prezidenti Vladimir Putin Bakıya təcili bir günlük səfər imkanını nəzərdən keçirir.

Modern.az xəbər verir ki, bu barədə Rusiya hakimiyyətinə yaxın mənbədən virtualaz.org-un Moskva bürosuna bildirilib.

Mənbənin bildirdiyinə görə, Vladimir Putinin Bakıya səfəri ən yaxın zamanda baş tuta bilər.

Bundan savayı, Rusiya prezidentinin təyyarəsinin Bakıya səfərə hazırlanması barədə göstəriş də verilib.

Bakıya səfərə gözlənilməz hazırlıq Rusiya prezidentinin hansısa təcili missiyasından xəbər verir.

Bununla birgə, mənbə əlavə edir ki, yekun qərar Vladimir Putinin həm Azərbaycan hakimiyyəti, həm də Ermənistan iqtidarı ilə məsləhətləşmələrindən sonra veriləcək.  

Modern.az 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə