Modern.az

Azərbaycanlı deputat müəmmalı şəkildə həlak olub

 Azərbaycanlı deputat müəmmalı şəkildə həlak olub

Təhsil

7 May 2016, 23:38

 

İranda azərbaycanlı deputat Məhəmməd Əli Hüseyni müəmmalı şəkildə avtomobil qəzasında həlak olub. Modern.az saytı a xar.az-a istinadən xəbər verir ki, Hüseyni ötən həftə baş tutan ikinci tur parlament seçkilərində Marağa şəhərindən deputat seçilmişdi.  

Seçki öncəsi onun apardığı təbliğat kampaniyası isə olduqca diqqətçəkici olmuşdu. Əhali qarşısında çıxışı zamanı işsizlik problemini həll edəcəyini və varlılara qarşı mübarizə aparacığını deyən Hüseyniyə yaşlı kişi belə irad bildirmişdi: “Bunları demə. Səni də Sədi Şirazi kimi öldürərlər”.  

Hüseyni isə cavabında bildirmişdi: “Kim məni öldürə bilər? Gəlsinlər görüm necə öldürürlər? Mən onların hamısını həyata gəldiklərinə görə peşman edərəm”.  

Hüseyninin ölümündən sonra onun yaşlı kişi ilə bu dialoqunu İran mediası yenidən gündəmə gətirib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə