Modern.az

Ermənilər bu il Şuşanın işğalını bayram etmirlər

Ermənilər bu il Şuşanın işğalını bayram etmirlər

Təhsil

8 May 2016, 07:49

Dağlıq Qarabağ ətraf rayonları işğal altında saxlayan Ermənistan və onun Xankəndində yaratdığı separatçı rejim bu il Şuşanın zəbt olunmasını bayram etməyəcəklər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Dağlıq Qarabağdakı separatçı rejim rəhbərinin “mətbuat katibi” Davit Babayan belə deyib.

O, bildirib ki, bu il mayin 9-da Dağlıq Qarabağda heç bir bayram tədbiri keçirilməyəcək. Davit Babayan bunun səbəbini onunla izah edəb ki, Qarabağda aprelin əvvəlində getmiş “4 günlük müharibə”də dünyasını dəyişən erməni hərbçilərin 40-ı hələ çıxmayıb...

Buna görə də ötən illərdən fərqli olaraq bu dəfə ermənilər Şuşada nə bayram edəcəklər, nə də atəşfəşanlıq.

Yalnız Xankəndində kiçik parad planlaşdırılıb.

Bu, ermənilərin “4 günlük müharibə”də böyük itkilər verdiyini bir daha təsdiqləyir...

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə