Modern.az

Deputat veteranlarla görüşdü - FOTOLAR

Deputat veteranlarla görüşdü - FOTOLAR

Təhsil

9 May 2016, 14:29

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli faşist Almaniyası üzərində qələbənin 71-ci ildönümü münasibətilə Lənkəranda bir qrup Böyük Vətən müharibəsi veteranlarıyla görüş keçirib. Millət vəkili veteranları 9 May Qələbə günü münasibətilə təbrik edib. Sonra veteranlardan bəziləri özlərinin müharibə xatirələrini bölüşüblər.
Qeyd ediblər ki, alman faşıstlərinə qarşı müharibəmiz bitsə də? erməni faşıstlərinə qarşı müharibəmiz hələ davam edir. Aşağı-Nüvədi kəndində yaşayan Məhərrəmov Səfər Əziz oğlu özü ilə gətirdiyi cəbhə şəkillərini və müharibədən sonra təhsil aldığı ali məktəb venetkasını Hadı Rəcəbliyə təqdim edib və onları tarix muzeyində saxlanılmasını xahiş edib.

igər iştirakçı veteran, Girdəni kənd sakini Şabanov Ramazan Süleyman oğlu da öz müharibə xatirələrini bölüşdükdən sonra vaxtilə Hadı müəllimin atası ilə yax;n  olduğunu və bu munasibətlerin xoş təəssüratlarının hələ də qəlbində yaşadığını bildirib. Maraqlı və səmimi keçən görüşdə millət vəkili də öz növbəsində dövlətin və ölkə başçısı İlham Əliyev cənablarınin qayğı və diqqətinin həmişə onların üzərində olduğunu xususi qeyd edib. Deputat qeyd edib ki, bundan sonra da gənclər həmişə onlardan nümunə götürəcəklər.
Sonda Hadi Rəcəbli veteranlarla xatirə şəkli çəkdirib və həmişə olduğu kimi, müəyyən  yardımlar da göstərib.







Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə