Modern.az

İqbal Ağazadə bəyanat verdi: “Təzyiqlər dayandırılsın!”

İqbal Ağazadə bəyanat verdi: “Təzyiqlər dayandırılsın!”

Təhsil

9 May 2016, 16:49


Xəbər verdiyimiz kimi Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə nəticələri ləğv edilmiş 90 saylı Ağdaş Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Ümid Partiyası 90 saylı dairədə İqbal Ağazadənin nümayədlərinə və ona imza verən vətəndaşlara qarşı təqzyiqlər olduğunu bildirir.

Modern.az saytı xəbər verir ki, Ümid Partiyası bu qanunsuzluqlarla bağlı bəyanat yayıb. Bəyanatda deyilir.

"Ağdaş Rayon İcra Hakimiyyətinin birinci müavini, YAP-ın Ağdaş şöbəsinin sədri Cavid Osmanovun qanunsuz təşkil etydiyi dəstələrin maneə və müdaxiləsinə, təhdid və təzyiqlərinə, cinayətkar əməllərinə baxmayaraq, 90 sayl Ağdaş seçki dairəsindən namizədliyi irəli sürülmüş Ümid Partiyasının sədri İqbal Ağazadənin imzapolama kampaniyası uğurla başa çatıb. Amma İqbal Ağazadəyə imza vermiş şəxslərə qarşı təzyiq və təqiblər davam edir. İmza verən və dövlət sturukturlarında, məktəbdə, başqa sahələrdə çalışan şəxslər, onların qohumları işdən çıxarılmaqla, həbs olunmaqla hədələnir, izahatları alınır, qohumlar arasında gərginlik yaradılır. Bu cür hallar daha çox Qolqəti, Xanıxlı, Yuxarı Ləki kəndlərində, Ağdaş şəhərinin N.Nərimanov, S.Vurğun, Azadlıq küçələrində və H.Əliyev prospektində baş verir.
Proseslərin gedişi onu deməyə əsas verir ki, namizədin imza vərəqləri DSK-ya təqdim edildikdən sonra ona imza verən digər sakinlərə qarşı da eyni təzyiq və təqiblər baş verəcək.
Ümid Partiyası baş verənləri qəti şəkildə qınayır, MSK-dan, hüquq-mühafizə orqanlarından, Prezident Administrasiyasından və yerli hakimiyyətdən dərhal baş verən qanunsuzları dayandırmağı tələb edir və xatırladır ki, baş verənlər Seçki Məclləsinin tələblərinin ciddi şəkildə pozulmasıdır, insanların sərbəst düşüncəsinə və seçiminə müdaxilədir, siyasi ayrı-seçkilikdir.
Bir daha bəyan edirik ki, baş verənlər indidən seçkinin nəticələrini, seçkilərin demokratik bir şəraitdə keçiriləcəyini şübhə altına alır. Aidiyyatı qurumları dərhal məsələyə müdaxilə etməyə, qanunsuz əməlləri törədənlərin cəzalandırılması istiqamətində addımlar atmağa, yerli hakimiyyəti əməllərindən çəkinməyə və Seçki Məcəlləsinə əməll etməyə çağırırıq".

Qeyd edək ki, 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin olunub.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə