Modern.az

”Azərbaycanın final mərhələsinə çıxacağına tam əminəm”

”Azərbaycanın final mərhələsinə çıxacağına tam əminəm”

Təhsil

10 May 2016, 00:36


“Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil etməkdən qürur duyuram. Ölkəmizi bu müsabiqədə layiqincə təmsil etmək və mənə olan ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Azərbaycan bu müsabiqəyə uğurla ev sahibliyi edib, xarici qonaqları heyrətləndirməyi bacarıb”. Modern.az saytı xəbər verir ki, bunu Azərtac-a müsahibəsində Azərbaycanı “Eurovision 2016” mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli deyib.  

O deyib: “Məşqlərimizi səylə davam etdiririk. Artıq yarımfinal mərhələsində çıxış etməyə tam hazıram. Düşünürəm ki, ifa etdiyim mahnı və səhnədə yaratdığım obraz insanları bizə səs verməyə həvəsləndirəcək. Bu müsabiqədə Azərbaycanı təmsil etmənin həyəcanını daha çox hiss edirəm. Bu, xalqımızın mənə olan ümidlərini doğrultmaqdan irəli gələn həyəcandır. Səhnə çox gözəldir. Xoreoqrafiya bir-birini tamamlayır. Təbii ki, hər bir ölkədən mənə yüksək xalın gəlməsini gözləyirəm. İnanıram ki, ölkəmiz müsabiqədə layiqli yerə sahib olacaq”.  

Builki yarışmada çox güclü mahnıların və səhnə performanslarının olduğunu diqqətə çatdıran təmsilçimiz favoritlərin adını çəkməkdə çətinlik çəkdiyini vurğulayıb: “Rusiya, Fransa, Malta mənim favoritlərimdir. Təbii ki, hər bir iştirakçı müsabiqəyə qalib olmaq üçün qatılır. Artıq müsabiqə həyəcanı başlayıb. “Eurovision” mahnı müsabiqəsinin özəlliklərindən biri yarışmanın məhz qalib olan ölkədə keçirilməsidir. Bu mötəbər tədbirdə ölkənin mədəniyyəti, xalqın milli mənəvi dəyərləri özünü göstərir. Ölkəmiz bu müsabiqəyə yüksək səviyyədə ev sahibliyi edib. Bu mənada “Eurovision” müsabiqəsi özündən əvvəlkilərdən bir çox özəllikləri ilə seçildi. Builki müsabiqə isə Avropa ölkəsində təşkil olunub. Jurnalistlərin və “Eurovision” fanatlarının səsverməsinə əsasən, ölkəmiz hazırda ön yerlərdədir. Azərbaycanın final mərhələsinə çıxacağına tam əminəm”.  

Bütün dünya azərbaycanlılarından dəstək gözlədiyini deyən Səmra Rəhimli özünə güvəndiyini, qalib olacağına inandığını diqqətə çatdırıb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə