Modern.az

Yeni siyasi blok yaradılır, hədəf 2013-cü ildir

Yeni siyasi blok yaradılır, hədəf 2013-cü ildir

Ölkə

13 Yanvar 2011, 13:51

“Qarabağ” siyasi blokunun yaradılması üzrə işçi qrup işini hələ yekunlaşdırmayıb. Bu barədə Modern.az-a ADP sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, ADP və Ümid partiyalarının üzvlərindən ibarət işçi qrupu hazırda siyasi blokun fəaliyyət prinsiplərini və hədəflərinin müəyyən edilməsi üzrə iş planı üzərində işləyir.
“Yaranacaq siyasi blokun əsas hədəflərindən biri  2013-cü il prezident seçkiləridir. Bu istiqamətdə hər iki partiya səylərini birləşdirib mübarizə aparacaq”-deyə S. Cəlaloğlu vurğulayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat