Modern.az

Serj Sərkisyan: “Əlimizdə Azərbaycan ərazilərinin olduğunu inkar etmirik”

Serj Sərkisyan: “Əlimizdə Azərbaycan ərazilərinin olduğunu inkar etmirik”

27 Yanvar 2011, 12:37

Ermənistan prezidenti torpaqları işğal etdiklərini rəsmən etiraf edib

“Erməni hərbi qüvvələrinin nəzarətində Azərbaycanın ərazilərinin olduğunu inkar etmirik. Bunu heç kim inkar etmir. Azərbaycanın Qarabağla sərhəd olan bir neçə rayonunu yalnız təhlükəsizlik zonası yaradılması baxımından  nəzarətdə saxalayırıq”.
Modern.az-ın məlumatına görə, bu barədə Ermənistan prezidenti Serj Sərkisyan “Exo Moskvı” radiosuna müsahibəsində deyib. Bu şəraiti hərbi əməliiyatların nəticəsi kimi qələmə verən Sərkisyan vurğulayıb ki, əsas məsələ müharibədən qaçmaqdır.
“Hesab edirəm ki, indiki halda tərəflərin üzərinə düşən mühüm vəzifə hərbi əməliyyatların bərpa edilməməsinə çalışmaqdır. Son iki-üç ildə bu barədə çox bəyanatlar səslənir. Mən əminəm ki, müharibədən qaçmaq olar”.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həll edilməsinin yeganə yolu sülh yolu və Dağlıq Qarabağda referendumun keçirilməsidir.

Sərkisyan Madrid prinsiplərinə də münasibətini açıqlayıb. Onun sözlərinə görə, Minsk qrupu 2007-ci ildə tərəflərə təqdim etdiyi bu sənəd münaqişənin  kompromis əsasında həllini təklif edir. Bununla yanaşı, Sərkisyan Ermənsitanın bu məsələdə tutduğu mənfi mövqeyinə də müəyyən aydınlıq gətirib. O 1994-cü ildə Azərbaycanla imzalanmış atəşkəs haqqında sazişi xatırladıb və deyib ki, “bu sazişi heç kim ləğv etməyib”. Bununla da Ermənistan prezidenti Minsk Qrupunda Dağlıq Qarabağ tərəfinin danışıqlar masasında müstəqil tərəf kimi qatılmasına işarə edib. 

Azərbaycan tərəfi isə belə cəhdləri qətiyyətlə rədd edir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir