Modern.az

Dövlət Komissiyası əsir, itkin və girovlarla bağlı yeni məlumatlar açıqladı

Dövlət Komissiyası əsir, itkin və girovlarla bağlı yeni məlumatlar açıqladı

27 Yanvar 2011, 13:34

Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və İşçi qrupunun 2010-cu il ərzindəki fəaliyyəti ilə bağlı hesabat açıqlanıb.  

Modern.az-ın məlumatına görə, hesabatda bildirilib ki, hazırda Azərbaycan Respublikasının ərazisində 6 Ermənistan hərbçisi, 5 nəfərdən ibarət bir erməni ailəsi və bir erməni mülki şəxs (cəmi 12 nəfər) saxlanılır. Həmin şəxslər Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatındadırlar və mandatına uyğun olaraq bu təşkilat onlara istənilən vaxt baş çəkə bilir.

“Eyni zamanda, qarşı tərəfdə saxlanılan 2 Azərbaycan hərbçisi - 10 may 2009-cu il tarixdə Füzuli rayonu ərazisində əsir götürülmüş 1990-cı il təvəllüdlü Hacıyev Anar Xanbaba oğlu və 22 avqust 2010-cu il tarixdə Daşkəsən rayonu ərazisində əsir götürülmüş 1985-ci il təvəlldüdlü Hüseynov Roman Novruz oğlunun azad olunması istiqamətində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə müvafiq tədbirlər davam etdirilir. Hər iki şəxs Ermənistan Respublikasının Yerevan şəhərində saxlanılır. Beynəlxalq Qızıl Xaç komitəsinin məlumatına görə onlardan biri Vətənə qayıtmaq arzusunu ifadə etmişdir”-deyə hesabatda bildirlib.

Dövlət Komissiyası və İşçi qrupunun araşdırmasə zamanı 6 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək adı müvafiq siyahıya salınıb, 91 itkinin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb. 91 nəfərdən 30 nəfərinin həlak olduğu, 21 nəfərinin itkin düşmədiyi, 34 nəfərin adının siyahıda təkrar keçdiyi, 6 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşməsi faktı müəyyənləşdirilib.
1 dekabr 2010-cu il tarixə olan məlumata görə, Dövlət Komissiyasında qeydiyyatdan 4048 nəfər itkin düşmüş, 1399 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi keçir.

Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 10 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsinin ehtimal olunduğu müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 80 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilib.

Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 923 nəfər barədə 1412 sorğu göndərilib. Bu kateqoriyadan olan 200 nəfərin «şəxsi iş»i yaradılıb, 1500-dən artıq itkin barədə toplanmış əlavə məlumat və materiallar onların «şəxsi iş»lərinə əlavə olunub.

Dövlət Komissiyasında və Beynəlxalq Qızıl Xaç Komitəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 588 şəxslə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş digər  məlumatlar (o cümlədən anket məlumatlar), təhlil edilibvə sistemləşdirilərək müvafiq bazalara əlavə edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı