Modern.az

“İctimai Palatanın AXCP-Müsavat birləşməsini müzakirə etmək niyyəti yoxdur”

 “İctimai Palatanın AXCP-Müsavat birləşməsini müzakirə etmək niyyəti yoxdur”

27 Yanvar 2011, 18:32

Bu gün müxalifət partiyalarının daxil olduğu İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib. Məqsəd yanvarın 29-da qurumun sessiyası ilə bağlı son hazırlıq işlərini müzakirə etmək olub. Bu barədə İctimai Palatanın təsisçilərindən olan Pənah Hüseyn Modern.az-a deyib. Onun sözlərinə görə, İctimai Palata ölkədəki son ictimai-siyasi vəziyyəti müzakirəyə çıxaracaq. İctimai Palata müxalifətin iki böyük partiyası olan AXCP və Müsavatın birləşməsi ilə bağlı hər hansı fikir bildirmək niyyətində deyil.
“Bu barədə hər hansı müzakirələr açmaq niyyətimiz yoxdur. İki partiyanın birləşməsinin İctimai Palataya aidiyyatı yoxdur. Biz bu məsələ ilə bağlı heç bir müzakirə açmayacağıq”-deyə P.Hüseyn vurğulayıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir