Modern.az

Müdafiə Nazirliyi: “"Alternativ xidmət haqqında" qanun nə vaxt olar, onda suallara cavab verərik”

Müdafiə Nazirliyi: “"Alternativ xidmət haqqında" qanun nə vaxt olar, onda suallara cavab verərik”

27 Yanvar 2011, 18:36

Deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınma ittihamı ilə Gürcüstanla sərhəddə saxlanılıb. Prokurorluğa verdiyi ifadədə B.Hacıyev bildirib ki, əqidəsi hərbi xidmət keçməyə imkan vermədiyindən alternativ əsasda hərbi xidmət keçmək istəyir. Eks-namizəd hansı əqidəyə qulluq etdiyini açıqlamayıb. Bununla yanaşı B.Hacıyev alternativ xidmətlə bağlı Azərbaycan məhkəmlərinin bir neçə işə baxdığını bildirib.

Modern.az  məsələyə aydınlıq gətirmək üçün Müdafiə nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Nazirliyinin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev sayta açıqlamasında deyib ki, Azərbaycanda bununla bağlı hər hansı qanunverici baza yoxdur.

“Ölkədə alternativ xidmətlə bağlı qanun yoxdur. Nə vaxt belə qanun Mili Məclis tərəfindən qəbul olunar, ondan sonra hər hansı suallara cavab vermək mümkündür”.

Xatırladaq ki, “Alternativ xidmət” hüququ Azərbyacanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biridir. Rəsmi Bakı ölkənin müharibə şəraitində olduğunu açıqlayaraq “Alternativ xidmətkeçmə haqqında” qanunun qəbul edilməsini təxirə salıb. Avropa Şurasının nümayəndələri bir neçə dəfə bu məsələnin həlli edilməsi ilə bağlı Azərbaycana müraciəti ictimai fikirdə mənfi qarşılanıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir