Modern.az

Oğullarının “dədə” çağırdığı prezident (FOTOLAR)

Oğullarının “dədə” çağırdığı prezident (FOTOLAR)

Ölkə

28 Yanvar 2011, 10:34

O, həyat yoldaşı ilə kərpic daşıyan zaman tanış olub

Modern.az  saytı oxuculara “Prezidentlərin övladları” adlı yeni rubrika təqdim edir. Bu rubrikada biz oxucuları xarici ölkə başçılarının ailələri (xüsusilə övladları) və onların məşğulliyəti, maraqları, işləri ilə tanış edəcəyik.
İlk olaraq Ukrayna prezidentinin ailəsini seçdik. Hazırkı prezident Viktor Yanukovuç ən qalmaqallı imicə malik siyasi rəhbər kimi tarixə düşüb. 2004-cü ildə prezident seçkilərindəki qələbəsi bir sıra dövlətlər tərəfindən tanınsa da, o zaman ABŞ və Avropanın ciddi müdaxiləsindən sonra onun opponenti Viktor Yuşşenko qalib elan olundu. Yanukoviç özünün revanşını düz beş il gözləməli oldu. 2009-cu ildə keçirilən prezident seçkilərində o, rəqibi Yuşşenko üzərində böyük hesabla səs faizi qazanaraq ali postda otura bildi.

Viktor Yanukoviç Donetskdə anadan olub. Həyat yoldaşı Lyudmila ilə 1969-cu ilin dekabrında Yenakiyev metallurgiya kombinatında tanış olub. Onların tanışlığı çox maraqlıdır. V.Yanukoviç müsahibələrinin birində deyir ki, kombinatda maşına kərpic yükləyərkən kərpiclərdən biri kombinatda işləyən qızlardan birinin ayağını yaralayıb. Gənc Viktor qıza oturmağa kömək edib və su verib. “Adını soruşdum, dedi... Beləcə tanış olduq”. Onlar 1972-ci ildə evləniblər.
Lyudmila Yanukoviç hazırda rəsmi bir post tutmur, evdar xanımdır, bununla yanaşı, xeyriyyə işlərilə də məşğul olr. O, ixtisasca mühəndisdir. 1949-cu ildə 9 oktyabrda Donetsdə doğulub.

Prezident Viktor Yanukoviçin iki oğlu var. 1973-cü ildə anadan olan Aleksandr həkim-stomotoloq işləyib. Hazırda bizneslə məşğuldur. “Mencement assets komponi” korporasiyasının (MAKO) rəhbəridir. Aleksandr dəniz gəzintisi həvəskarıdı. Onun «Centurion» adlı yaxtası var.
Aleksandrın həyat yoldaşı Yelena Yanukoviç də “Le Mare” adlı fitnes kluba rəhbərlik edir.

Aleksandrdan fərqli olaraq prezidentin ikinci oğlu barədə məlumatlar bir qədər çoxdur.
Kiçik oğul Viktor Yanukoviç (adı atasınınki kimidir) Radanın ən gənc deputatıdır. Ölkənin siyasi həyatında parlaq fiqurlardan biri sayılır. 16 iyul 1981-ci ildə anadan olan Viktor orta məktəbi gümüş medalla başa vurub. 2003-cü ildə Donetsk Milli Universitetinin magistraturasını bitirib. Hazırda namizədlik dissertasiyası yazır. 2005-ci ildən “BK-İnjiriniq” ASC-nin baş direktorunun birinci müavinidir. Şirkət bahalı mehmanxana kompleksləri tikir. 2007-ci ildə “Regionlar partiyası” siyahısından Radaya mandat qazanıb. “İctimai adamlar” jurnalının məlumatına görə, Viktor 2 min dollar qiyməti olan “Nokia-8800” telefonu gəzdirir və 10 min dollar qiyməti olan “Zenit” saatı taxır. Bahalı “Audi” markalı maşın sürür.  

Viktor 2009-cu il 1 avqustda Olqa Koroçanskaya ilə ailə qurub. İki uşaqları var. “Parlament” deputat klubunun çempionu olub. Rozenbaumu, Vısotskini, “Lyube” “Maşina vremeni”, “DDT” qruplarının mahnılarını dinləyir.  Portert foto-çəkilişlərinin həvəskarıdır.

Hər iki oğul atalarına “dədə” (“batya”) deyə müraciət edirlər. Müsahibələrinin birində böyük oğul Aleksandr bildirib ki, ataları onların tərbiyəsində ciddi rol oynayıb.

 

 

 

 

 

 

 

 

 


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır