Modern.az

Əfv komissiyası Etibar Erkini öldürən “Ceyşullah”çını əvf etməkdən imtina edib

Əfv komissiyası Etibar Erkini öldürən “Ceyşullah”çını əvf etməkdən imtina edib

Ölkə

1 Fevral 2011, 13:13

Ömürlük həbsdə olan qatil bir neçə dəfə komissiyaya müraciətində ekstrasensi “şeytani əməllərəinə” görə öldürdüyünü yazıb

Prezident yanında Əfv Komisisyası Azərbaycan Xalq Biliciləri və Ekstrasenslər İttifaqının mərhum rəhbəri Etibar Erkinin qatilinin əfvlə bağlı müraciətini rədd edib. Bu barədə komisisyanın üzvü, deputat Elmira Axundova Modern.az-a bildirib. Komissiya üzvünün sözlərinə görə, eksrtansensi öldürən şəxs “Ceyşullah”ın üzvü olub. O müxtəlif vaxtlarda bir neçə dəfə əfv olunması üçün komissiyaya müraciət edib.
“Etibar Erkini öldürən “Ceyşullah” dini təşkilatının üzvü ekstrasensi guya, şeytani əməlləri ilə məşğul olduğu üçün öldürdüyünü deyib. O hazırda ömürlük həbsdədir. Həmin şəxs bizə əvf üçün bir neçə dəfə müraciət edib. Hələlik onun ərizəsinə baxmaqdan imtina etmişik”-deyə E.Axundova bildirib.

Deputat qeyd edib ki, 90-cı illərdə yalnız iki qətldə-Ziya Bünyadov və Etibar Erkinin ölüm işləri ilə bağlı cinayət işində dini faktor müşahidə edilib.

Qeyd edək ki, Etibar Erkinin öldürülməsi 90-cı illərin ən səs-küylü qətllərindən sayılır. Ekstrasens 1999-cu ilin yanvarında iki oğlu ilə birgə Bayıldakı evində qətlə yetirilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı