Modern.az

YAP icra katibi: “Ölkədə Misirə bənzər hadisələr proqnozlaşdırmırıq”

YAP icra katibi: “Ölkədə Misirə bənzər hadisələr proqnozlaşdırmırıq”

1 Fevral 2011, 15:26

“Biz Azərbaycan hər hansı bir formada Tunis və Misirdəkinə bənzər hadisələri proqnozlaşdırmırıq”. Bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov jurnalistlərə Misir hadislərinin ölkəmizə təsiri ilə bağlı səslənən fikirlərə münasibətini bildrirərkən deyib.

Millət vəkili Tunis və Misirdəki hadisələrin Azərbaycanda təkrarlanması üçün heç bir əsas görmədiyini bildirib. Onun sözlərinə görə, bu gün istər ölkənin daxilində, istərsə də ölkədən kənarda Azərbaycanda sabitliyi istəməyən qüvvələr var:
“Mən qəti şəkildə bildirmək istəyirəm ki, nə daxili, nə də xarici qüvvələrin çox ciddi əsaslara söykənən sabitliyi pozmaq imkanları mövcud deyil. Ola bilsin ki, istəkləri var, amma mən bunu xəyallar sferasına aid edirəm. Azərbaycan vətəndaşları ölkədəki ictimai-siyasi sabitliyi yüksək qiymətləndirir və bunun üçün öz vətəndaş mövqelərini ortaya qoymağa hazırdırlar”.

Əli Əhmədov ABŞ və Böyük Britaniya səfirliklərinin öz ölkələrinin Azərbaycandakı vətəndaşlarına terror təhlükəsi ilə bağlı etdiyi xəbərdarlığa da münasibət bildirib: “Diplomatik korpusların xəbərdarlıq edərkən nəyə istinad etməsindən xəbərsizəm. Bu xəbərdarlığı yayanlardan nəyə, hansı əsaslara istinad etdiyini soruşmaq lazımdır. Kimlərinsə Azərbaycanda ictimai-siyasi sabitliyi laxtalatmaq cəhdləri ola bilər, amma açıq şəkildə bildirmək istəyirəm ki Azərbaycanda nə ölkə vətəndaşları üçün, nə də Azərbaycanın qonaqları üçün hər hansı bir təhlükə üçün əsas mövcud deyil. Azərbaycandakı sabitlikdən həm ölkə vətəndaşları, həm də əcnəbi insanlar faydalanır. Əsası olmadan səsləndirilən bəyanatlara da hər bir Azərbaycan vətəndaşı öz münasibətini bildirməlidir”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü