Modern.az

Maliyyə Nazirliyinin inzibatı binası söküləcək

Maliyyə Nazirliyinin inzibatı binası söküləcək

5 Fevral 2011, 15:21


Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binasının sökülməsi nəzərdə tutulur. Bununla bağlı Maliyyə Nazirliyi S.Vurğun keçəsi 83 ünvanda yerləşən nazirliyin inzibati binasının söküntü işlərinin aparılması məqsədilə tender elan edib. Modern.az-ın məlumatına gpörə, Maliyyə Nazirliyi söküntü işlərini aparacaq şirkətlərə özünün şərtlərini açıqlayıb.

Тender proseduru 2011- ci ilin mart ayının 28-i saat 1000-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbərinin otağında keçiriləcək.

Tenderdə iştirak etmək üçün iddiaçı şirkətlər təklifləri 2011-ci ilin mart ayının 14-də Maliyyə Nazirliyinin Maliyyə-inzibati şöbəsinə təqdim edəcəklər.

Nazirlik bildirir ki, tenderdə inşaat işləri ilə məşğul olmaqla maliyyə imkanları olan, «Dövlət Satınalmaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar iştirak edə bilərlər. Tenderdə vasitəçilik fəaliyyətini həyata keçirən və maddi texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr iştirak edə bilməzlər;

Maliyyə Nazirliyinin S.Vurğun 83 ünvanda yerləşən inzibati binasının söküntü işlərinin aparılması məqsədilə keçirilən tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciət etdikdən və tenderdə iştirak üçün 500 manat ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.

Tender "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü