Modern.az

20-dək yol polisi işdən qovulub

20-dək yol polisi işdən qovulub

Ölkə

6 Fevral 2011, 12:36



Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında hüquq mühafizə orqanlarının fəaliyyətində lüzumsuz yoxlamalara birdəfəlik son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqlara uyğun olaraq yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş yığıncağı keçirildi.
Həmin iclasda dövlət qurumlarının rəhbərlərinə prezidentin tapşırığının icrası ilə əlaqədar bütün sahələrində mənfi hallarla daha kəskin və sistemli mübarizə aparılması barədə göstərişlər verildi.

Bunun ardınca isə ayrı-ayrı nazirliklər, komitələr və digər dövlər qurumlarında müvafiq addımlar atıldı, korrupsiya və rüşvətxorluğa yol verən əməkdaşlar cəzalandırıldı, eyni zamanda bu barədə ictimaiyyətə məlumatlar verildi.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi də fevralın 4-də vədəndaşlardan yol polisinin işi ilə əlaqədar müraciətlərə baxılması üçün müvafiq tədbir keçirdi.

Qeyd edək ki, ölkə ictimaiyyətində yol polisinin fəaliyyəti ilə əlaqədar birmənalı rəy yoxdur və tez-tez səsləndirilən fikirlərdə əsasən narazılıqlar vurğulanır.

Təsadüfi deyil ki, daxili işlər naziri Ramil Usubov da yanvarın 22-də keçirdiyi kollegiya iclasında bəzən yol patrul xidmətinin əməkdaşları tərəfindən vətəndaşların əsassız olaraq incidilməsi ilə bağlı faktlara rast gəlindiyini vurğulayıb.

"Yol patrul xidmətinin əməkdaşları tərəfindən bəzən vətəndaşların əsassız olaraq incidilməsi ilə bağlı faktlara rast gəlinir. Bunun qarşısı mütləq alınmalıdır. Bu hallara son qoyulmalıdır...
...Sürücülər də bəzən yol patrul xidmətinin əməkdaşlarının gözü qarşısında yol hərəkət qaydalarını kobud şəkildə pozurlar. Amma yol polisləri bu filankəsin qohumudur əsası ilə qanun pozuntularına göz yumurlar. Bu hallara ciddi fikir verilməlidir. Qanun pozuntusu varsa, cəzalandırılmalıdır, pozuntu yoxdursa, vətəndaşlar incidilməməlidir” deyən nazir Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova müvafiq tapşırıqlar verdi.

Polis general-mayoru Ramiz Zeynalovun fevralın 4-də iki saat müddətində telefon vasitəsi ilə birbaşa vətəndaşlarla ünsiyyətdə olub onların müraciətlərini şəxsən cavablandırması bu tapşırıqların icrasından irəli gəlirdi.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, R.Zeynalov telefon vasitəsilə vətəndaşlardan daxil olan 60 müraciəti – şikayət və tiklifləri cavablandırıb.

Baş Dövlət Yol Polisi İdarəsindəki mənbənin Modern.az saytına verdiyi məlumata görə, son tapşırıqlardan sonra əməli tədbirlər görən Ramiz Zeynalov fəaliyyətində ciddi nöqsanlara yol verən 20-dək yol polisini işdən kənarlaşdırıb. Bununla yanaşı, yol patrul xidmətinin əməkdaşlarına müvafiq tapşırıqlar da verilib. Həmin tapşırıqlara uyğun olaraq yol patrul xidmətinin əməkdaşları bundan sonra yollarda harda gəldi dayanmayacaq, gizli yerlərdən qəfil çıxıb sürücünün qarşısını kəsməyəcəklər.
Hər halda tapşırıq belə olub... Nəticəni isə zaman göstərəcək...

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü