Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının 9 rayonunda tikinti sektorunun monitorinqini başa çatdırıb. Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev məlumat verib.
O.Hacıyevin sözlərinə görə, FHN-in iş planına uyğun olaraq vaxtaşırı tikinti sektorunda monitorinqlər aparılır: "Artıq Bakı şəhəri üzrə 9 rayonda monitorinqlər yekunlaşıb. Qəza vəziyyətində olan binalar haqqında yerli icra hakimiyyəti orqanlarına və müvafiq nazirliklərə məlumat verilib".