Modern.az

Ermənilərdən Ramil Səfərova görə bu dəfə daha bir cılızlıq

Ermənilərdən Ramil Səfərova görə bu dəfə daha bir cılızlıq

20 Fevral 2011, 13:47

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, baş leytenant Ramil Səfərovun həbs olunmasından 7 il ötür. Modern.az-ın məlumatına görə, 2004-cü ildə Macarıstanın paytaxtı Budapeştdə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kurs keçən zabitimiz fevralın 19-da eyni kursun müdavimi erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə öldürüb. Budapeşt Məhkəməsinin qərarı ilə Ramil Səfərov ömürlük azadlıqdan məhrum edilib. Ramil Sahib oğlu Səfərov 26 avqust 1977-ci ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olub. Hələ körpə olanda erməni vəhşiliklərini öz gözləri ilə görən Ramildə onlara qarşı əbədi nifrəti yaranıb. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili hərbi məkrəbdə təhsil almağa sövq edib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olub, sonra isə təhsilini Türkiyədə davam etdirib. O, 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi və bir qədər sonra məlum hadisə baş verib.

Qurgen Markaryanın ölümünü həzm edə bilməyən ermənilər onun budəfəki ildönümündə - fevralın 19-da Azərbaycanın "Qarabağ" futbol klubunun azarkeşlərinin yaratdığı "İmarət" fan-klubunun “Facebook” sosial şəbəkəsindəki səhifəsini haker hücumu ilə dağıdıblar. "Böyük Ermənistan" adlı hakerlər səhifədə Azərbaycan əleyhinə yazılar və erməni mahnıları yerləşdiriblər. ”İmarət” fan-klubu ermənilərin təxribatı ilə əlaqədar “Facebook” şəbəkəsinə şikayət edib.

Macarıstanda ömürlük həbs cəzası çəkən Ramil Səfərov bu yaxınlarda tanınmış macar yazıçısı Maqda Sabonun “Qapı” romanını macarcadan Azərbaycan dilinə tərcümə edib. R.Səfərov bu işini 2009-cu ilin oktyabrında dünyasını dəyişmiş anası Nübar xanımın xatirəsinə ithaf edib. Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?