Baş planda şəhərdə bir sıra yeni zonaların yaradıması nəzərdə tutulub. Bundan əlavə planda şəhərin qədimliyini və tarixi abidələrini qorumaq üçün milli qoruq zonası yaradılması da layihələndirilib. Beynəlxalq standarlara görə şəhərlərdə əhalinin sıxlığının normal olması üçün adambaşına 18 m2 mənzil sahəsi düşməli olduğu halda Gəncədə bu göstəri 13.9 m2-dir.
2015-ci ilədək bu göstəricinin 15.5 m2-ə çatdırılması nəzərdə tutulur ki, bunun üçün 1 milyon 990 min m2 yeni yaşayış binaları tikilməli, 2015-2030-cu illər arasında isə daha 2 milyon 572 min m2 mənzil sahəsi istifadəyə verilməlidir.
Baş plana əsasən, həmçinin küçələrin genişləndirilməsi, ekoloji tədbirlərin həyata keçirilməsi, yaşıllıqların, istirahət güşələrinin artırılması nəzərdə tutulur. Planda nəzərdə tutulur ki, şəhərdə mövcud olan 145 hektar yaşıllıq sahəsi 2251 hektara çatdırılsın. İcra hakimiyyətində şəhər ziyalılarının baş planla bağlı fikir və təklifləri dinlənilib. Çıxış edənlər baş planın şəhər üçün əhəmiyyətindən danışıblar. Təkliflər nəzərə alınmaqla Gəncə şəhərinin baş planı qəbul olunub.
Xaliq Qurbanov
Gəncə