Modern.az

Milli Orduda "donuz qripi"nə qarşı mübarizə tədbirləri görülür

Milli Orduda "donuz qripi"nə qarşı mübarizə tədbirləri görülür

5 Noyabr 2009, 12:56

Müdafiə naziri Səfər Əbiyev Azərbaycan Silahlı Qüvvələrində "donuz qripi"nə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi üçün müvafiq əmr imzalayıb.
Modern.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiə nazir Səfər Əbiyevin xüsusi əmri ilə  Silahlı Qüvvələrin bütün rəhbər şəxslərinə şəxsi heyət arasında xüsusi təhlükəli virus infeksiyalarının yayılmasının qarşısını almaq və müvafiq profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib. Əmrdə bildirilib ki, müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələr və qoşun növləri komandirləri, birliklər, xidmət və müssisə rəisləri, hərbi təhsil müəssisələrinin rəisləri, hərbi komissarlıqların rəhbərləri tabeliyində olan bütün hərbi qulluqçuların sağlamlığının qorunması işini təşkil etməlidirlər. Artıq əmrin icrasına başlanılıb və bütün hərbi hissələrdə lazım olan profilaktik tədbirlər həyata keçirilir.
Xatırladaq ki, hazırda Azərbaycanda 1 nəfər "donuz qripi"nə yoluxmuş xəstə var. Kürdəmir rayonundan olan bu qadın Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilib və həkimlərin nəzarəti altında müalicə kursu keçir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı