Modern.az

Ramil Usubov polisdən olan 22 şikayəti yerindəcə həll edib

Ramil Usubov polisdən olan 22 şikayəti yerindəcə həll edib

16 Mart 2011, 13:10

Xəbər verildiyi kimi, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən polis orqanlarının fəaliyyətinə dair məsələlərlə əlaqədar martın 15-dən başlayaraq bölgələrdə vətəndaşların qəbulu keçirilir. Modern.az saytının məlumatına görə, ilk belə qəbul martın 15-də Şirvan şəhərində olub. DİN mətbuat xidmətinin məlumatına görə, həmin gün Şirvan Şəhər Polis Şöbəsində adı çəkilən şəhərin və Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri və şikayətləri dinləyib, onların təxirə salınmadan və operativ şəkildə həll edilməsi üçün müvafiq Baş İdarə və xidmət rəhbərlərinə konkret tapşırıqlar verib. Daxili işlər naziri tərəfindən qəbul edilən 22 vətəndaşın polisin fəaliyyətinə dair müraciətlərinin əksəriyyəti elə yerindəcə öz həllini tapıb. General-polkovnik Ramil Usubov qəbulda iştirak etmiş vətəndaşların şikayətlərinə, onlar tərəfindən qaldırılmış bütün məsələlərə mövcud qanunvericilik  çərçivəsində, obyektiv şəkildə və ədalətlə baxılacağını vurğulayıb.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi