Modern.az

Binə Ticarət Mərkəzində üsyan: satıcılar yolu bağlayıb

Binə Ticarət Mərkəzində üsyan: satıcılar yolu bağlayıb

16 Mart 2011, 14:59

Yerhaqlarının artırılmasına etiraz edənləri bazar mühafizəçiləri döyüblər  

Binə Ticarət Mərkəzidə ticarətlə məşğul olan 100-dən artıq adam hazrda Lökbatan yolunu bağlayaraq etiraz aksiyası keçirməyə cəhd edir. Satıcıların Modern.az-a verdiyi məlumata görə, bazar rəhbərliyi yerhaqlarını artırıb və onlar buna etiraz edərək aksiyaya başlayıblar.

Bazar rəhbərliyi aksiya iştirakçlarını qəbul etməkdən imtina edib. Namiq adlı satıcının verdiyi məlumata görə, bazarın mühafizə xidmətinin əməkdaşları onları döyərək yoldan çıxarmağa başlayıblar. Satıcıların Lökbatan yolunu bağlamaq cəhdinə polis tərəfindən imkan verilməyb. Hazırda 100-lərlə sahibkar işi dayandıraraq tələblərinin əməl olunmasına israr edir. Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır