Modern.az

Ev telefonlarında dəqiqə hesabı ödəniş nə vaxtdan tətbiq olunacaq?

Ev telefonlarında dəqiqə hesabı ödəniş nə vaxtdan tətbiq olunacaq?

16 Mart 2011, 16:45

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) ev telefonlarına yeni ödəniş qaydalarının tətbiqi üçün mart ayında Tarif (qiymət) Şurasına müraciət edəcəyi gözlənilirdi. Nazirliyin təkliflərinə görə, ev telefonlarında dəqiqə hesabı ödəniş tətbiq olunmalı, ayda abonentlərə 450 dəqiqə pulsuz danışmağa icazə verilməlidir. Limitdən artıq danışığın hər bir dəqiqəsi üçün mobil telefonlarda olduğu kimi, müəyyən məbləğdə vəsait ödənilməlidir. Abunəçilərə bir neçə paket təklif olunacağı bildirilir. Modern.az nazriliyin Tarif Şurasına müraciət edib etmədiyini dədqiləşdirmək üçün qurumun mətbuat xidməti ilə əlaqə saxlayıb. RİTN-in mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, hazırda nazirlikdə yaradılmış işçi qrupu yeni tarif sistemi ilə bağlı Bakı Telefon Rabitə İstehsalat Birliyinin göndərdiyi təklifləri nəzərdən keçirir. O, hələlik Tarif Şurasına müraciət olunmadığını qeyd edib. Nazirliyin Tarif Şurasına müraciət zamanı əhalinin bütün təbəqələrinin maraqları mütləq nəzərə alınacaq. Müəyyən xidmətlər ödənişsiz, yəni limitə daxil olmayacaq. Telefon bağlı olsa da, təcili tibbi yardım, fövqəladə hallar və digər qəza xidmətlərinə zəng etmək mümkün olacaq. Bundan başqa, ev telefonlarına danışıq üçün limit qoyulsa belə, internetə daxil olan zaman bu, ayrılmış vaxtdan getməyəcək. Çünki internet trafiki səs trafikindən ayrıldığından əhalinin telefondan internet və ya danışıq üçün istifadə etməsi bilinir. Daxil olmuş təkliflərin tətbiqi Tarif (qiymət) Şurasının qərarından asılı olacaqdır. Nazirlik stasionar operatorlara yeni imkanların yaradılmasına da çalışır. Bu sahədə yenilik tətbiq edilir. Daşına bilən telefonların yaradılması ilə gələcəkdə əhali ev telefonlarını şəhərin istənilən yerinə aparıb danışa biləcək. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir