Modern.az

Eks-deputatdan Fəzail Ağamalıya dəstək: “TQDK-nın mətbuat xidməti həddini aşıb”

Eks-deputatdan Fəzail Ağamalıya dəstək: “TQDK-nın mətbuat xidməti həddini aşıb”

17 Mart 2011, 12:29

“Fəzail Ağamalı partiya sədri kimi və deputat olaraq cəmiyyətdə qəbul edilən şəxsdir. Parlamentin üzvünün icra strukturunun işinə irad tutmağa, bu barədə məlumat alıb yaymaq ixtiyarı var. Onun fikirlərinin səsləndirilməsində qəbahət yoxdur və Fəzail müəllimlə razıyam”.

Bu sözləri Modern.az-a Milli Məclisin keçmiş üzvü Nazim Məmmədov hökümətin hesabatı zamanı AVP-sədrinin TQDK-nın ünvanına səsləndirdiyi ittihamları şərh edərkən deyib.

 

Eks-deputat həmçinin TQDK-nın mətbuat xidməti tərəfindən deputata kobud cavab verilməsindən narazılğını ifadə edib. “TQDK-nin mətbuat xidmətinin “depuatatın dediyi cəfəngiyyatdır” ifadəsi qəbulolunmazıdr. Mətbuat xidmətinin rəhbəri həddini aşıb”.

 

N.Məmmədov bildirib ki, bu cavab ölkədə mətbuat xidməti rəhbərlərinin öz funksiyalarının nədən ibarət olmasından xəbərsizliyinin göstəricisidir. “Qəribə bir adət yaranmaqdadır. İctimaiyyət və deputat tərəfdən hər hansı bir icra orqanlarına ünvanlanan suallara nədənsə mətbuat xidmətlərinin rəhbərləri  münasibət bildirir. Halbuku bu suallara münasibət bildirmək onların səlahiyyətində olan  məsələ deyil. Hesab edirəm ki, deputatın səsləndirdiyi suallara mətbuat xidməti yox, səlahiyyətli şəxslər cavab verməlidir”-deyə sabiq deputat vurğulayıb. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir