Modern.az

Qeyri-infeksion xəstəliklərə dair ölkədəki vəziyyət təhlil olunub

Qeyri-infeksion xəstəliklərə dair ölkədəki vəziyyət təhlil olunub

6 Noyabr 2009, 14:52

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Qeyri-infeksion xəstəliklərə dair vəziyyətin təhlili”nə həsr edilmiş seminar keçirilib. Modern.az xəbər verir ki, Tədbirdə Səhiyyə Nazirliyinin, dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatlarının səhiyyə üzrə mütəxəssisləri və nümayəndələri, Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq ekspertləri iştirak ediblər. Seminarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə keçirdiyi “Azərbaycanda qeyri-infeksion xəstəliklərlə dair vəziyyətin təhlili” layihəsinin yekun nəticələri açıqlanıb. Eyni zamanda bu sahədə aparıcı mütəxəssislərin çıxışları dinlənilib və ondan irəli gələn məsələlər ətrafında müzakirələr aparılıb. Seminarda xüsusi vurğulanıb ki, qeyri-infeksion xəstəliklərin səbəbləri və onlarla effektli mübarizə üsulları barədə məlumatların kifayət qədər olmasına baxmayaraq, bu biliklərin təcrübədə istifadə olunması və cəmiyyətin bütün təbəqələrinin həyata keçirilən tədbirlərdən faydalanması üçün hələ bir çox işlər görülməlidir. Tədbirin sonunda seminar iştirakçıları ÜST-nin ekspertlərinin rəyini nəzərə alaraq ölkədə qeyri-infeksion xəstəliklərə qarşı milli proqramın tərtib etdirilməsinin zəruriliyini qeyd ediblər və bununla bağlı öz təkliflərini bildiriblər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?