Modern.az

Dövlət Baytarlıq Xidməti donuzların saxlanıldığı yerləri nəzarətə götürüb

Dövlət Baytarlıq Xidməti donuzların saxlanıldığı yerləri nəzarətə götürüb

6 Noyabr 2009, 15:18

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov noyabrın 6-da mətbuat konfransı keçirib.

Öncə brusselyoz xəstəliyi haqqında məlumat verən İ.Həəsənov bildirib ki, bu xəstəlik xroniki gedişli yolxucu xəstəlikdir. Onun sözlərinə görə, bu xəstəliyə bütün növ kənd təsərrüfatı heyvanları, xüsusən qoyunlar, keçilər, qaramal, donuzlar, dəvələr, şimal maralları və itlər tutulurlar: «Brusellyoz xəstəliyinə insanlar xəstə heyvanların, əsasən də qoyun və keçilərin süd məhsullarından istifadə etdikdə yoluxurlar. Azərbaycan alimləri bu sahədə 4 ildən yuxarı apardıqları gərgin və hərtərəfli tədqiqatlar nəticəsində brusellyoz əleyhinə yeni bioloji aktiv maddə kəşf ediblər. Təbii birləşmələrdən alınmış bu bioaktiv maddə quruluşuna görə dünyada analoqu olmayan bir maddədir. Bu yeni maddənin bakteriosid təsirə malik olmasını öyrənmək üçün Respublika Baytarlıq Labatoriyasının baytarlıq şöbəsində brusellyoz törədicisinin orqanizmdən kənarda həssaslığı öyrənilib, onun bakteriosid təsirə malik olması sübut edilib”. Xidmət rəisi onu da bildirib ki, sınaqlar labarator və xırdabuynuzlu heyvanlar üzərində də aparılaraq brusellyoz xəstəliyinin modeli yaradılıb, yaradılmış bioaktiv maddənin müalicəvi təsiri öyərənilib və onun yüksək müalicəvi effekti əldə olunub. Maddənin bir iribuynuzlu heyvan üçün qiyməti 20 manat, xırdabuynuzlu heyvan üçün 12 manatdır. Daha sonra İsmayıl Həsənov bildirib ki, bioloji aktiv maddə 2008-i ildə potent alıb və bundan sonra DBX-nin Elmi Şurasında Azərbaycan Respublikasının rayonlarında tətbiq edilməsi üçün təklif edilib. Tədbirdə həmçinin qeyd edilib ki, bu təklifdən sonra Respublikanın bir çox rayonlarında xəstəliyə yoluxmuş iri və xırdabuynuzlu heyvanlar müalicəyə cəlb olunub və 100 faizli nəticə əldə olunub. Qeyd edək ki, bioloji aktiv maddə xəstə heyvana 2 gün ərzində gündə bir dəfə olmaqla tətbiq edilir. 5 gün sonra tam kliniki sağalma baş verir. Bu maddənin bir iribuynuzlu heyvan üçün qiyməti 20 manat, xırdabuynuzlu heyvan üçün 12 manatdır. İ.Həsənov onu da deyib ki, Azərbaycanın rayonlarında H1N1 virusu ilə əlaqədar donuzların saxlanıldığı yerlər nəzarət altına götürülüb. Onun sözlərinə görə, ölkədə cəmi 6500-7000 donuz saxlanılır ki, hazırda onları saxlayan və qulluq edən insanlara heyvanlarla birbaşa təmas etməyə icazə verilmir. İ.Həsənov həmçinin qeyd edib ki, bununla bağlı ölkənin bütün ərazisində donuz təsərrüfatı ilə məşğul olan yerlərə xəbərdarlıq edib. Daha sonra “quş qripi” ilə bağlı məlumat verən rəis bildirib ki, ölkədə “donuz qripi” təhlükəsi olmasına baxmayaraq bu məsələ də gündəmdədir və mütəmadi olaraq bölgələrdə monitorinqlər aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir