Modern.az

Müxalifətin aksiyası başa çatdı, Pənah Hüseyn də buraxıldı

Müxalifətin aksiyası başa çatdı, Pənah Hüseyn də buraxıldı

2 Aprel 2011, 16:12


Müsavat, AXCP, AMİP və digər müxalifət qüvvələrinin birləşdiyi İctimai Palatanın saat 14-də paytaxtın mərkəzində, Fəvvarələr meydanına təyin etdiyi razılaşdırılmamış etiraz aksiyasının başa çatdığı elan olunub.

Modern.az saytının məlumatına görə, bu barədə Fəvvarələr meydanı yaxınlığında jurnalistlərə açıqlama verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.
Qeyd edək ki, aksiyanın sonunda polis F.Qəhrəmanlını və REAL vətəndaş hərəkatının rəhbəri İlqar Məmmdəovu saxlayıb.
Razılaşdırılmamış aksiyada iştirak etdiyi üçün saxlanılan sabiq millət vəkili Pənah Hüseyn isə sərbəst buraxılıb. P.Hüseyn saxlanılarkən polislərin onunla kobud davrandıqlarını, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevin müdaxiləsindən sonra buraxıldığını bildirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir