Modern.az

Partiya sədrləri aksiyanı baş tutmuş sayırlar

Partiya sədrləri aksiyanı baş tutmuş sayırlar

Ölkə

2 Aprel 2011, 17:34

Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP-nin sədri Əli Kərimli 2 Aprel aksiyasını baş tutmuş hesab edirlər. Hər iki müxalifət lideri aksiyaların davam edəcəyini bildirib.
musavat.com-un məlumatına görə, İsa Qəmbər deyib ki, "bugünkü aksiya proqnozlaşdırdığımız kimi, son illərin ən güclü etiraz aksiyası kimi baş tutdu".

Əli Kərimli də hesab edir ki, aksiya iştirakçıları öz məqsədlərinə çatıb. "Son illərdə belə mütəşəkkil və hökuməti sarsıdan aksiya xatırlamıram. Hökumət çox ciddi profilaktik addımlar atmışdı. Demək olar ki, paytaxtda giriş-çıxış dayandırılmışdı. Çoxlu sayda müxalifətçilər hələ əyalətlərdən gəlməmiş həbs olunmuşdu. Partiya fəalları, elə bizim rəyasət heyətinin 3 üzvü mitinq başlamamışdan tutulmuşdu. Bu dəfə say yüzlərlə ölçülür. Çox böyük qəddarlıq nümayiş elədilər, qazdan, elektroşokdan, dəyənəklərdən istifadə etdilər, insanları kütləvi şəkildə döydülər. Buna baxmayaraq, insanlar öz etirazlarını ifadə edə bildilər».

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü