Modern.az

Aygün Kazımova: "O oğlanlar cəmiyyət qarşısında qızımdan üzr istəsinlər, hər şey bitsin"

Aygün Kazımova: "O oğlanlar cəmiyyət qarşısında qızımdan üzr istəsinlər, hər şey bitsin"

Ölkə

2 Aprel 2011, 22:20

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə ilə bağlı internetdə yayılan qeyri-etik səhnələrllə zəngin videogörüntü ətrafındakı qalmaqal davam edir. Modern.az saytı xəbər verir ki, adı İlqarə ilə məlum videoqalmaqalda hallanan Orxan Nəsirovun (videolenti çəkən-red.) atası Daşqın Nəsirov bu gün ANS telekanalının efirində məsələyə münasibət bildirib.

D.Nəsirov deyib ki, bu məsələnin qabardılmasında A.Kazımovanın özü maraqlıdır və xanım müğənni bundan öz məqsədləri naminə şou düzəltmək istəyir. D.Nəsirovun sözlərinə görə, A.Kazımova ona zəng edərək 150 min manat verəcəyi təqdirdə onlardan əl çəkəcəyini söyləyib: “Mən isə ona dedim ki, bizim o qədər pulumuz yoxdur və hörmət xatirinə sənə 500 manat verə bilərəm”. D.Nəsirov bildirib ki, A.Kazımovanın videorolikin yayılması ilə əlaqədar onun oğlunu ittiham etməsi əsassızdır və müğənninin hüquq-mühafizə orqanlarına müraciətindən çəkinmirlər: “Cinayət tərkibli bir şey varsa, uşağım cəzasını çəksin. Amma burada cinayət tərkibli bir şey yoxdur”. D.Nəsirov bildirib ki, hadisə 2009-cu ilin yanvar ayında Londonda olub. O vaxt İlqarənin 19 yaşı var idi və onun oğlu ilə bir sinifdə oxuyurdu, onlar uşaq deyildilər. Oğlunun videorolikin yayılmasında təqsiri yoxdur və sinif yoldaşını biabır etmək səviyyəsində tərbiyə yiyəsi deyil. Aygün Kazımova da qızı İlqarə ilə bu gün ANS-in “Nəzər nöqtəsi” verilişinə çıxaraq qaşı tərəfi ittiham ediblər, amma bir qədər yumşaq formada. Müğənni və qızı bildirib ki, videorolikdə görünən və İlqarəyə qarşı qeyri-etik hərəkətlər edən Nicat, eləcə də hadisəni mobil telefonla çəkən Orxan İlqarə ilə çox yaxın dost olublar. ”O hadisə olanda mən əmin idim ki, bu bir zarafatdır və güman etməzdim ki, telefonla çəkilən o lent nə vaxtsa internetdə yayılar. Nicatla 4-cü sinifdən dostluq edirik, evimizə gəlib-gedir, indi də onlar mənim dostlarım olaraq qalırlar” deyə İlqarə bildirib. O, üzr istəyəcəkləri təqdirdə dostlarını bağışlayacaqlarını söyləyib və onları evlərinə dəvət edib. Baş verənləri özünə və qızına qarşı zərbə kimi qiymətləndirən A.Kazımova deyib ki, həm oğlanlarla, həm də onların valideynlərilə görüşərək təklif edib ki, Orxanla Nicat cəmiyyət qarşısına çıxıb İlqarədən üzr istəsinlər hər şey qurtarıb getsin. Müğənni onun Orxanın atası Daşqın Nəsirovdan 150 min manat istəməsi barədə qarşı tərəfin dediyinə belə münasibət bildirib: "Söhbət 1 milyon 500 min manatdan gedir, 150 min nədir ki, Daşqın müəllim! Amma üzr istənilsə, bunlar bitər".

“Mən burdan valideynlərə səslənib deyirəm ki, şərait yaradın uşaqlara, bizim evə gəlsinlər, İlqarədən üzr istəsinlər. Mən bu görüş üçün heç vaxt hazırlamadığım bir tort da bişirməyə hazıram”-deyə Aygün Kazımova vurğulayıb. Müğənni deyib ki, bu halda o, hüquq-mühafizə orqanlarına müraciətini də geri götürəcək və məsələ həll olunacaq. Xatırladaq ki, məlum videorolik bir sıra yerli internet saytlardan çıxarılsa da, “Youtube” sosial şəbəkəsində qalmaqdadır. Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!