Modern.az

CATEL bu gün işləyəcək

CATEL bu gün işləyəcək

Ölkə

4 Aprel 2011, 11:05

CATEL şirkətində yaranan problemlər bu gün aradan qaldırılacaq. Bu barədə Modern.az-a şirkətin marketinq şöbəsinin əməkdaşı Murad Tahirov məlumat verib. Onun sözlərinə görə, CATEL-də bir neçə gündür yaranan problem texniki səbəblərlə bağlıdır. “Problem texniki problemlərlə bağlıdır. Bir qismi dünən aradan qaldırılıb, digər bir qismi isə bu gün aradan qaldırılacaq”.

Problemin səbəbinə gəlincə isə CATEL rəsmisinin sözlərinə görə, bu yeniliklə bağlıdır. Belə ki, şirkət yaxın günlərdə öz abonentlərinə yenilik təqdim edəcək. Yeniliyin nədən ibarət olmasına gəlincə isə, M.Tahirov bildirib ki, bu yaxın vaxtlarda məlum olacaq, hələlik isə süprizdir.

Məsələ ilə bağlı Rabitə və İnfirmasiya Texnologiyaları Nazirliyi ilə də əlaqə saxladıq. Nazirliyin rəsmisi Müşfiq Əmirovun sözlərinə görə, CATEL-də yaranan problemdən xəbərdardırlar. “Catel müstəqil şirkətdir. Biz əlaqə saxladıq, bildirdilər ki. texniki problemlər var”.

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı