Modern.az

Xanım jurnalistlərimiz Gürcüstanda “Konqres”in əməkdaşlarına master-klass keçiblər

Xanım jurnalistlərimiz Gürcüstanda “Konqres”in əməkdaşlarına master-klass keçiblər

13 May 2011, 16:27

Gürcüstanda səfərdə olan xanım jurnalistlərimiz may ayının 12-də Gürcüstan Azərbaycanlıları Konqresinin mətbuat orqanı olan “Konqres” qəzetinin redaksiyasında olublar.

Səfərin təşkilatçısı olan Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifovanın verdiyi məlumata görə, görüşdə jurnalistlər Zarina Əhmədova və Fərəh Sabirqızı gənc jurnalistlər üçün master-klass keçiblər:
“Bizim xanım jurnalistlərimiz jurnalistikada vacib olan məsələləri izah etdilər, praktik məşğələdə tapşıraqlar verdilər və gənclərin yazı stili, xəbər hazırlamaq qabiliyyəti yoxlanıldı. Qərara alındı ki, gənc jurnalistlərə gələcək aylarda treninqlər təşkil edilsin”.  

Qeyd edək ki, AJQA-nın səfəri mayın 9-dan başlayıb. Nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin doğumunun 88-ci ili münasibəti ilə Tiflisdə keçirilən tədbirlərə də qatılıblar. Bundan başqa, xanım jurnalistlərimizin bir sıra maraqlı görüşləri olub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi