Modern.az

Deputat müxalifətçi gənclərin azadlığı üçün Prezidentə müraciət ünvanlamağı təklif edib

Deputat müxalifətçi gənclərin azadlığı üçün Prezidentə müraciət ünvanlamağı təklif edib

Ölkə

17 May 2011, 12:32

Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı həbs edilmiş gənclərin azad edilməsini təklif edib. Modern.az-ın əməkdaşının Milli Məclisdən verdiyi məlumata görə, deputat qeyd edib ki, müxalifətin 2 aprel  aksiyası nəticəsində həbs edilən gənclərlə bağlı məsələyə yenidən baxmaq olar.
“Milli Məclis bu gənclərin azadlığa buraxılması üçün Prezidentə müraciət etməlidir”-deyə deputat qeyd edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə